Dünya

ABŞ konsulluğunda partlayış: ölən türklər oldu

Metbuat.az

İraqın Ərbil şəhərində ABŞ konsulluğunun qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb.


 


APA

-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident zamanı 14 nəfər yaralanıb.


 


Qeyd edək ki, bundan əvvəl 1 nəfərin öldüyü, 5 nəfərin isə xəsarət aldığı bildirilirdi.


 


ABŞ dövlət departamentinin məlumatına əsasən, konsulluğunun əməkdaşları arasında zərər çəkən yoxdur.



Ölənlərdən 2-si Türkiyə vətəndaşı ölüb.



APA-nın Haberler.com xəbər portalına istinadən verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər Nazirliyi faktı təsdiqləyərək, yaralananlar arasında daha 5 Türkiyə vətəndaşının olduğunu bildirib.


 


Reuters agentliyinin məlumatına əsasən, ABŞ konsulluğu qarşısında törədilən partlayışa görə məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb.



Milli.Az