Şou
Milli.Az
Abbas Bağırov: "Sildirdim, heç yerdə yayımlanmayacaq"
Əməkdar artist Abbas Bağırovun "Qəfil gedişinlə" adlı mahnıya çəkdirdiyi klipi uğursuz alınıb
Milli.Az
axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Onlar" verilişində danışıb.
Onun sözlərinə görə, rejissorun vədi özünü doğrultmayıb:
"Klipi bəyənmədim. Çəkiliş üslubu, dizayn, süjet xətti yaxşı deyildi. Rejissorla əvvəlcə danışmışdıq. Demişdi ki, montajdan sonra çəkiliş fərqli görünəcək.
Vəd olunduğu kimi alınmadı. Ekran işini sildirdim. Heç yerdə yayımlanmayacaq. Əvəzində “Dastanlar” və “Gəl” mahnılarıma klip çəkdirəcəm”.
Milli.Az