Sosial

​86 yaşlı Bakı sakini evində yanaraq ölüb

Metbuat.az

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün səhər saat 10 radələrində paytaxtın Binəqədi rayonunda 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstatinoviçə məxsus birmərtəbəli 2 otaqlı evin 1 otağı yanıb.


"Report"

Fövqəladə Hallar Nazirliyi

nə istinadən xəbər verir ki, yanğın zamanı ev sahibi A.K.Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.


Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın söndürülüb.