Sosial
Mənbə
ANS-TV
8000 kq-lıq Pasxa yumurtası (VİDEO)
Aprelin 5-də katolik xristianlarının Pasxa bayramını qeyd etdiyi bir vaxtda Argentinada nəhəng Pasxa yumurtası hazırlanıb.
ANS TV-nin məlumatına görə, şokoladdan hazırlanmış yumurtaya tamaşa etmək üçün Argentinanın Bariloçe şəhərinin mərkəzinə 50 minə yaxın adam toplaşıb.
Şokolad yumurtanın ağırlığı 8000 kiloqram, hündürlüyü 8,5 metr, eni isə 6 metrdir.
Nəhəng Pasxa yumurtasının hazırlanmasında Argentinanın 18 şokolad istehsalçısı şirkətindən onlarla aşpaz iştirak edib.
ANS-TV