"5 mahnı yazıb, 15 ildir efirdədir" - VİDEO
Müğənni
İntiqam KərimovRegion TV-də yayımlanan “Şou məkan” verilişinə maraqlı açıqlamalar verib.
Uzun müddətdir efirlərdə görünməyən müğənni, sənət aləmi ilə bağlı sərt açıqlamaları ilə yadda qalıb: “Elələri var ki, 5 mahnı yazıb, 15 ildir efirdədir. Biri deyir 4, biri deyir 7 oktava səsim var, 4 oktavanın nə demək olduğunu bilmirlər çünki. Mənim səsim 2 oktavadır. İndi çox populyar olan bəzi mahnıları insan dinləyəndə utanır. Həmin insanlarla hansısa konsertdə, tədbirdə çıxış etməli oluruq, təəssüf ki. Bu insanın kompüterdə yığılmış, bəzək-düzək verilmiş, metal səsinə oxşayan səsi ilə oxuduğu mahnılar da tamaşaçıya xoş gəlir.
İndiki gənclər də əvvəl populyar olub, sonra oxumağı öyrənirlər. Mənim yanıma gələn tələbələrdən bəzilərinə demişəm ki, sən musiqini duymursan, oxuya bilməzsən, səndən oxuyan olmaz, amma yenə də oxumaq istəyiblər. Hətta bir qızı anası gətirmişdi yanıma, o qıza dedim ki, səndən oxuyan olmaz. Həmin qız sonra çox populyar oldu bir müddət. 200 min manata yaxın pul xərclədi, amma bir işə yaramadı”.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.