Şou

40 günlük uşağını götürüb evi tərk etdi

Metbuat.az
Keçən il ailə quran türkiyəli aktyor Ümid Kantarcılar və aktrisa Qəmzə Topuz ayrılıb.

Axşam.az-ın "Habertürk"ə istinadən məlumatına görə, yenicə uşaqları olan cütlüyün ayrılma səbəbi isə Ümidin başqa bir qadınla görüşməsi olub. "Söylemezsem Olmaz" proqramının aparıcısı Oya Aydoğan Qəmzə ilə görüşdüyünü və baş verənlər haqda aktrisanın ona danışdığını deyib:



"40 günlük uşağını götürüb evi tərk edib. Ümid onun hamiləliyinin beşinci ayından etibarən başqası ilə görüşürmüş. Həyatının çox müzakirə olunmasını istəmir. Anası və nənəsi yanındadır".



Qeyd edək ki, gənclər keçən il iyunda gizlicə evləniblər. Ailələr arasında təşkil edilən sadə nikah mərasimində cütlüyün yaxınları qonaq olmuşdular.