22 dərəcə isti olacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında aprelin 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsasən dağlıq ərazilərdə güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq.