Sosial
Milli.Az
20 Yanvar dairəsində işlər yekunlaşır
Paytaxtın 20 Yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən
Trend-ə verilən məlumata görə, dairədə təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb.
Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür. Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib. Bundan əlavə, 3-cü mikrorayon dairəsindən 20 Yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir.
İşlərin qısa müddətdə başa çatdırılacağı gözlənilir.
Milli.Az