Sosial

20 yanvar dairəsi yenidən qurulur (FOTO)

Metbuat.az

Paytaxtın 20 yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb.



Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən ANS PRESS-ə verilən məlumata görə, təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib.



Bundan başqa, yolun mərmər səki daşları quraşdırılıb.



Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür.



Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib.



Bundan əlavə, 3-cü mkr dairəsindən 20 yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir. İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.









Mənbə
ANS PRESS