Sosial

​Zaqatalanın Kəpənəkçi kəndində yanğın hadisəsi baş verib

Metbuat.az

Bakı. 15 mart. REPORT.AZ/ Ötən gün Zaqatalanın Kəpənəkçi kəndində yanğın baş verib.


“Report” xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 176 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 3 ton ot bağlaması yanıb.


Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.