Sosial

Zakir Həsənova Xorvatiyanın müdafiə sənayesinin məhsulları təqdim edildi

Metbuat.az

Xorvatiya Respublikasında rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik

Zakir Həsənov

bir sıra görüşlər keçirib.



Trend

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xorvatiyanın xarici işlər nazirinin birinci müavini cənab

Yoşko Klisoviç

lə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi coğrafi regionlardakı təhlükəsizlik və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.



General-polkovnik Z.Həsənov Ermənistanın Cənubi Qafqaz bölgəsindəki sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasını diqqətə çatdırıb.



Xorvatiyanın İqtisadiyyat Palatasında olan müdafiə naziri general-polkovnik Z.Həsənov Palatanın sədri cənab

Luka Buriloviç

lə görüşüb. Tərəflər ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.



Sonra müdafiə nazirinə Xorvatiyanın müdafiə sənayesinə daxil olan şirkətlər haqqında geniş prezentasiyalar təqdim olunub. Səfər davam edir.



Milli.Az