Zakir Həsənov və Nəcməddin Sadıkov hərbi şəhərcikdə - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyevin göstərişinə əsasən hərbi obyektlərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, martın 18-də Müdafiə naziri general-polkovnik
Zakir Həsənovvə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik
Nəcməddin Sadıkovyeni tikilən hərbi şəhərcikdə aparılan inşa işlərinin gedişatını yoxlayıblar.
Müdafiə naziri ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.
Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş yataqxana kompleksi də inşa edilir.
Milli.Az