Yumurtalıqlarını kəsdirən Coli üzə çıxdı (FOTO)
Süd vəzisindən sonra uşaqlığı və yumurtalıqlarını da kəsdirən dünya şöhrətli aktrisa Ancelina Coli üzə çıxıb.
ANS PRESS-in məlumatına görə, 39 yaşlı aktrisanı paparatsilər Los Ancelesdəki evinin yaxınlığında görüntüləyə biliblər.
O, maşında olub. Xərçəng riskinə görə, orqanlarını itirən aktrisa daha da zəifləmiş və arıqlamış görünüb.
Xatırladaq ki, Hollivudun ən gözəl qadınlarından olan Coli ötən gün "The New York Times"ə açıqlama verərək əməliyyat olduğunu demişdi. O, bir daha ana ola bilməyəcəyini də elan edib. "Mən artıq övlad sahibi ola bilməyəcəyəm. Gələcəkdə bəzi fiziki dəyişikliklər də gözləyirəm. Amma mən immun sistemini təbii yollarla gücləndirmək üçün yollar axtaracağam".
Bir neçə yaxın insanını süd vəzi xərçəngindən itirən aktrisa xəstəlik riski yüksək olduğu üçün əməliyyat masasına uzanıb.
O, gələcəyi ilə bağlı artıq daha az narahat olduğunu deyib. "Heç nədən qorxmaq lazım deyil".
Mənbə
ANS PRESS