Sosial

Yeddiotaqlı evdə yanğın baş verib

Metbuat.az

Bakı. 28 mart. REPORT.AZ/ Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 7 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb. “Report”

Fövqəladə Hallar Nazirliyi

nin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.