Ölkə

Yaz mövsümündə Gəncənin magistral yol kənarlarında 6 min ağac əkiləcək

Metbuat.az

Gəncə, 30 mart,

AZƏRTAC

Yazın gəlişi ilə əlaqədar Gəncə bölgəsinin magistral yol kənarlarında yaşıllıq zolaqlarının artırılması işlərinə başlanılıb.


10 saylı yol yaşıllaşdırma idarəsindən

AZƏRTAC

-a verilən məlumata görə, artıq bir neçə gündür ki, yol kənarlarında ağac əkilməsinə start verilib. Kampaniyaya “Azəryolservis” ASC də qoşulub. Qısa vaxtda magistral yolların kənarlarında 6 minədək həmişəyaşıl ağacın əkilməsi nəzərdə tutulur.