Sosial

Yardım alanların sayı azalıb

Metbuat.az

Azərbaycan əhalisinin gəlirlərində artım dinamikası və dövlət yardımlarının təyinatında ünvanlılıq və şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrinin sayı azalmaqda davam edir.



Belə ki, bu ilin fevral ayında respublikada 109124 ailə (475936 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, 36380 ailə yəni 25% azdır.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, ünvanlı yardım alanların sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ünvanlanan yardımların məbləğinin artması ilə müşahidə olunur. Ünvanlı sosial yardımın orta aylıq məbləği hər ailə və hər ailə üzvü üçün 12,1% artmaqla müvafiq olaraq 141,8 manat və 32,35 manat təşkil edib.



Yardım alan ailələrin 31287-i tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 225637 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5433 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 6148 nəfər təşkil edir.



Mənbə
ANS PRESS