Sosial

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Metbuat.az

Bakı. 26 mart. REPORT.AZ/ Xırdalanda yerləşən çoxmərtəbəli yaşayış binasının şaxtasında yanğın olub. Bu barədə "Report"a

Fövqəladə Hallar Nazirliyi

ndən məlumat verilib.


Məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 6-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb. Elektrik kabellərinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.