Mədəniyyət

Xırdalan şəhər musiqi məktəbinin məzunları Gürcüstanda konsert verəcəklər

Metbuat.az

Tbilisi, 18 mart,

AZƏRTAC

Abşeron rayonu Xırdalan şəhər musiqi məktəbinin məzunları Gürcüstanda səfərdədirlər.


Səfər Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Məqsəd iki ölkənin musiqi məktəbləri, mədəniyyət kollektivləri arasında əlaqələri inkişaf etdirmək, bu yolla xalqlarımızın dostluq münasibətlərini daha da möhkəmləndirməkdir.


Muzeyin direktoru Leyla Əliyeva

AZƏRTAC

-a bildirib ki, Xırdalan şəhər musiqi məktəbinin 30-a yaxın məzunu martın 18-də Kutaisidə olacaq, şəhər rəhbərliyi və mədəniyyət kollektivləri ilə görüşəcək, maraqlı konsert proqramı ilə çıxış edəcək.


Məzunlar martın 19-da azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olacaq, burada da konsert verəcəklər.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi