Sosial

Xatirə sikkələrinin yaradılması müsabiqəsi yekunlaşdı (FOTO)

Metbuat.az

Azərbaycan, Bakı, 19 mart /Trend/

Mərkəzi Bank tərəfindən xatirə sikkələrinin yaradılması məqsədilə keçirilən müsabiqə yekunlaşıb.

Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən "Naxçıvan MR - 90 il", "Əsrin Kontraktı - 20 il" və "Bakı-Tbilisi-Qars dəmiryolu" mövzularında xatirə sikkələrinin dizaynının yaradılması məqsədilə elan edilmiş müsabiqə yekunlaşıb.

Müsabiqəyə təqdim olunmuş eskizlər Münsiflər Heyəti tərəfindən qiymətləndirilib və iştirakçılardan Rəssamlar İttifaqının üzvü Natiq Fərəcullazadə hər 3 mövzuda hazırladığı dizayn üzrə qalib elan edilib.

Qalib layihələrin hər biri üzrə müvafiq qaydada mükafatlandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az