Şou

Xanım sənətçimiz türk məşhurla nişanlandı

Metbuat.az

Azərbaycanlı müğənni-model

Ləman Əlizadə

Türkiyənin tanınmış prodüserlərindən olan

Sipan Babur

la nişanlanıb. Bu barədə Milli.Az-a L.Əlizadə özü məlumat verib:



"Sipan Baburla bir il öncə İstanbulda keçirilən musiqi festivalında tanış olmuşuq. O, Türkiyənin məşhur sənətçisi Ümit Sayının meneceridir. Festivalda mən də çıxış etdim və çıxışımı bitirdikdən sonra tanış olduq. Mənə iş təklif etdi. Bir müddət sonra isə mənimlə ailə qurmaq istədiyini bildirdi".



L.Əlizadə bildirib ki, gələcək həyat yoldaşı onun sənətinə qadağa qoymayacaq:


"Əksinə, o, mənim işlərimə kömək edəcək. Elə indidən Sipanın mənə çox köməyi dəyir".



Qeyd edək ki, Ləman Əlizadə Azərbaycanda bir müddət model kimi çalışıb. Hazırda həm Türkiyədə, həm də Azərbaycanda müğənni kimi fəaliyyət göstərir.



İntiqam Valehoğlu
Milli.Az