Şou
Xalq artistinin keçmiş ərinin evində qətl baş verib - foto
Martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verən qətlin təfərrüatları məlum olub.
Axşam.az xəbər verir ki, “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətl Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində baş verib.
Belə ki, qətlə yetirilən Sabir Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Yelena Maxrova X. İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.
“Report” qətli törədən qadının fotosunu da əldə edib.
Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Maxrova tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.