Şou

Xalq artisti: "Qızım dünyaya gec gəlib, istəmirəm ki, mənə arxayınlaşsın"

Metbuat.az

"Qızımın xasiyyəti mənimkinə çox oxşayır. Mənim kimi deyingəndir, kaprizlidir. Amma məndən çəkinir. Hamı onu ərköyün edirdi. Deyirdim, bir insandan çəkinməlidir. O da mən oldum".



Milli.Az

axşam.az

-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti

Zülfiyyə Xanbabayeva

“Solo” verilişində qonaq olarkən deyib. Müğənni övladına qoyduğu qadağalardan bəhs edib:



"İnternetə icazə vermirəm. Dərsləri ilə bağlı nəsə lazım olarsa, girə bilər, cizgi filmi izləyər. Dəniz ağıllı qızdır, sərbəstdir. Seçimlərini özü edir. Hər bir şeyi ona həvalə edirəm, çünki əvvəldən istədiyim tərbiyəni vermişəm. Dəniz dünyaya gec gəlib və tək övladdır. İstəmirəm ki, mənə arxayınlaşsın. Həyat çətindir.



Özü ayaqüstə durmalıdır, özünə arxayın olmalıdır. Ona izah etmişəm ki, həyat barbilərdən ibarət deyil, çətin üzü də var. Mən qızımla mülayim olmuram. Həyatda arzularım qızımla bağlıdır. Qızımın universitetə gedən gününü görmək istəyirəm. Vaxtilə özüm üçün tənbəllikdən edə bilmədiyimi.


bu gün Dəniz üçün reallaşdırıram”.



Efirlərdə az görünən Z.Xanbabayeva verilişlər arasında seçim edir:



"Hər yerə getmək istəmirəm, seçim edirəm. Bu da mənim haqqımdır".



Milli.Az