Şou

Xalq artisti ərə getməməsinin səbəblərindən danışdı

Metbuat.az
Xalq artisti Firəngiz Mütəllimova ailə qurmamasının səbəblərini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, bu haqda “5/5” verilişində danışan aktrisa keçmiş həyat yoldaşından övladı olmadığına görə ayrıldığını deyib:



“Ailə qurdum, alınmadı. 4 il sənətdən uzaq düşdüm. Yoldaşım İran vətəndaşı idi, İngiltərədə yaşayırdı. Uşağım olmadı, ayrıldım. Övladımın dünyaya gələ bilməməsinə görə pis olmuram, qismətdir. Allah mənə insanların sevgisini verib”.



F.Mütəllimova onu sevənlərin çox olduğunu, mərhum aktyor Yaşar Nuri ilə arasında heç vaxt sevgi olmadığını etiraf edib:



“Dərdimdən ömür boyu subay qalan, baş götürüb Sibirə gedən olub. Bəlkə də səhv etdim, ailəmin sözünə qulaq asmayıb yenidən ərə getmədim. Amma peşman da deyiləm. Sənət adamları üçün ailə çətindir. Gərək elə adam qarşına çıxa ki, səni başa düşə. Ər işdən gələndə, biz işə gedirik. Sənət adamlarının işi gecə başlayır. Yaşar Nuri ilə isə aramızda sevgi olmayıb. Bir-birimizi çox istəmişik”.