Xalq artisti barəsində şok açıqlamlar (FOTO)
Xalq artisti Nazpəri Dostəliyeva barədə heç kimin bilmədiyi faktlar üzə çıxıb. ANS PRESS-in məlumatına görə, ANS TV-də yayımlanan "A-dan Z-yə" şousu bu həftə də maraqlı hadisələr ilə yadda qalacaq. Çəkiliş pavilyonunda yaşananlar verilişin aparıcısı Zaur Nəbioğlunun özünü belə təsirləndirib. Baş verənlərdən az qala şoka düşən aparıcı, sakitləşmək üçün bir müddət pilləkənlərdə oturub.
Bütün bunlar "Bakı Film"in təqdimatında bu axşam - 7 mart tarixində saat 22:00-da yayımlanacaq qadınlar bayramına həsr olunmuş verilişin çəkilişlərində baş verib. Proqramın bu həftəki əsas qonağı xalq artisti Nazpəri Dostəliyeva, digər qonaqlar isə Könül Kərimova və jurnalist Zülfiyyə Qurbanova olub. Verilişdə tamaşaçı qismində Nazpəri Dostəliyevanın pərəstişkarları oturub.
Verilişin gedişatın Nazpəri xanımın şəxsi həyatı barədə bu günə qədər bilmədiyiniz bir çox məqamlar ortaya çıxıb. Xalq artisti ilə eyni səhnəni bölüşmək üçün göz yaşı tökən ifaçılar kimlərdir? O bu barədə danışacaq. Kimin onunla birlikdə eyni verilişdə iştirak edib, yanında əyləşməsinə razı olmadı?. O "xalq artisti sizinlə barışmağa gəlsə, barışarsız?" sualına nə cavab verdi? Bunlardan əlavə olaraq Nazpəri xanımın gözləmədiyi şəxs studiyaya gələrək onun haqqında nələr söyləyəcək?
Növbəti sürpriz isə "A-dan Z-yə" komandası tərəfindən Nazpəri Dostəliyeva üçün hazırlanıb.
Zaur Nəbioğlunun aparıcısı olduğu proqramda bundan əlavə olaraq digər maraqlı hadisələr də yaşanıb. Bunların hamısını bilmək istəyirsinizsə şənbə günü saat 22.00-da "A-dan Z-yə" verilişini qaçırmayın.
ANS PRESS