Mədəniyyət

Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Metbuat.az

Aprel ayının 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Mustafazadənin anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. 


Sarayın mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, konsertin biletlərini şəhərin kassalarından əldə etmək mümkündür.


Vaqif Mustafazadənin yaradıcılığı XX əsr milli musiqi mədəniyyətimiz tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı və caz musiqisinin uğurlu sintezi ilə dəyərli əsərlər ərsəyə gətirib. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olub.