Sosial

Vağzalda sıxlıq: bilet qalmadı

Metbuat.az

Bakı dəmiryol vağzalında izdiham müşahidə olunur. Bayramqabağı ölkədaxili istiqamətdə qatarların kupesinə satışda bilet qalmayıb.


 


Axar.az

-ın əməkdaşı dəmiryol vağzalında olub. Müxbirimiz kassalardan cənub zonası və qərb bölgəsi istiqamətinə kupeyə bilet istəyib. Xəzinədarlar isə kupeyə bilet qalmadığını bildiriblər və ayın 19-da kassalara yaxınlaşmağı məsləhət görüblər.


 


Kassirlərin sözlərinə görə, bayrama bir gün qalmış qatarlara əlavə kupe-vaqonların qoşulacağı ehtimal olunur. Hazırda yalnız plaskarta bilet tapmaq olar ki, artıq ayın 15-dək kassalarda bir bilet də qalmayacağını əminliklə söyləmək olar.



Milli.Az