“Unibank” müştərilərə Novruz kampaniyası təklif edir
Bakı, 17 mart,
AZƏRTAC“Unibank” müştərilərinə fərqli Novruz kampaniyası təklif edir.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, martın 19-dan 22-dək Albalı və Albalı Plus kartı ilə alış-veriş edən müştərilərə 1 taksit də “Unibank”dan hədiyyə olunacaq.
Bank bayramı xarici ölkələrdə keçirmək istəyənlərə də möhtəşəm bayram həyəcanı yaşadacaq. Albalı Plus kartları ilə alış-veriş zamanı sms taksit xidmətindən əlavə 1 taksit kart sahiblərinə hədiyyə ediləcək.
“Unibank” müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq bank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxalq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (
http://www.unibank.az)və yaxud bankın facebook səhifəsində (
www.facebook.com/unibank.az)əldə etmək olar.