Mədəniyyət

“Ulduz”a gələn və ondan başlanan yollar

Metbuat.az

Bakı, 6 mart, Z.Mansurova,

AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin (AYB) orqan olan “Ulduz” jurnalının fevral nömrəsi işıq üzü görüb.


AZƏRTAC

xəbər verir ki, jurnal tənqidçi Elnarə Akimovanın “Ulduz”a gələn və Ondan başlanan yollar” adlı ekspert yazısı ilə açılır.


Jurnalda gənc yazar Azər Fəraqinin qəzəlləri AYB-nin katibi, yazıçı İlqar Fəhminin təqdimatında oxucuların ixtiyarına verilib.


“Ulduz” jurnalı ilə “Ədəbiyyat qəzeti”nin birgə layihəsi olan “Variasiya”da bu dəfə türk yazıçısı Orxan Kamalın “İki buçuk” hekayəsinin tərcüməsi üzrə müsabiqə elan edilib.


“Tərcümə saatı” rubrikasında Aleksandr Blokun şeirləri orijinalı ilə yanaşı Əlizadə Nurinin tərcüməsində verilib.


“Ulduz”un budəfəki şeir vaxtında Kəmaləddin Qədim, Müşfiq Cəbiyev, Rafiq Yusifoğlu, Rizvan Nəsiboğlu, Sabir Zamanlı və Nurlanın şeirləri, həmçinin Vüqar Rahinin qəzəlləri də yer alıb.


“Anım” bölümündə Vaqif Bəhmənlinin təqdimatında xalq şairi Vaqif Səmədoğlunun əziz xatirəsi “Mən burdayam, İlahi” yazısı ilə anılıb.


Artıq satışda olan jurnalın üstündə oxucular həmçinin “Leyli və Məcnun” operasının diskini və “Aforizmin iki zirvəsi” kitabını hədiyyə kimi əldə edə bilərlər.


Jurnalın baş redaktoru Qulu Ağsəsdir.