Mədəniyyət
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Ukraynadakı gənc soydaşlarımız “Qnyozdışko” uşaq evində olublar
Kiyev, 26 mart,
AZƏRTACUkraynada fəaliyyət göstərən Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) fəalları Novruz bayramı ilə əlaqədar Vinnitsa vilayətindəki “Qnyozdışko” uşaq evində olublar. Bu barədə
AZƏRTAC-a UAGİ-nin mətbuat xidmətindən məlumat veriblər.
Uşaq evinin direktoru Mixail Vasyuk xeyriyyəçiliyə və göstərilən yardıma görə azərbaycanlı gənclərin nümayəndələrinə səmimi minnətdarlığını bildirib. UAGİ-nin Vinnitsa vilayətindəki sədri Adil Məmmədov iştirakçıları salamlayaraq Novruz ənənələrindən bəhs edib və onlara ən xoş arzularını çatdırıb.
Rəsmi hissədən sonra bayram konserti olub.
Tədbir çərçivəsində uşaqlara hədiyyələr paylanıb, yaradıcılıqla, oyunlarla məşğul olmaq və əlbəttə, ləzzətli Azərbaycan şirniyyatından dadmaq imkanı verilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev