“Türkiyənin Elvis Preslisi” öldü (FOTO)
Türk pop musiqisinin əfsanə müğənnilərindən biri dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, “Türkiyənin Elvis Preslisi” olaraq qəbul edilən məşhur sənətçi Erol Büyükburç ötən gün səhər saatlarında İstanbuldakı evində ölü halda aşkar edilib.
79 yaşlı müğənninin ölümü barədə onun meneceri xəbər tutub və dərhal polisə məlumat verib.
“Rock'n Roll”un kralı hesab edilən Elvis Presliyə heyranlığı ilə seçilən tanınmış müğənni səhnədə geyindiyi qeyri-adi geyimlərlə öz dövrünün ən çox danışılan şəxslərindən biri olub.
60-70-ci illərin populyar sənətçisi “Sevgi çiçəkləri” adlı ilk albomunu 1975-ci ildə çıxarıb. Yaradıcılığı boyunca 1800 mahnı bəstələyib, 200-ə yaxın mükafat alıb, 33 filmə çəkilib.
O,1999-cu ildə qızı Ajlan Büyükburcu, 2001-ci ildə isə Emel Büyükburcun itkisini yaşamışdı.
ANS PRESS