Mədəniyyət

Türkiyəli müğənni Oya Ergün Bakıda yeni diskini təqdim edib

Metbuat.az

Bakı, 4 mart, Z.Mansurova,

AZƏRTAC

Martın 4-də Beynəlxalq Mətbuat Mərkəzində türkiyəli müğənni Oya Ergünün “Sevgilim” adlı diskinin təqdimat mərasimi və müğənninin mətbuat konfransı keçirilib.


AZƏRTAC

xəbər verir ki, diskə əsasən Azərbaycanın Xalq Artisti Rəşid Behbudovun repertuarından götürülmüş 14 mahnı daxil edilib. Oya Ergün dünya şöhrətli ifaçının vaxtilə ifa etdiyi məşhur mahnıları - “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Lalələr”, “Alagöz”, “Sevgilim”, “Reyhan” və digər musiqi nümunələrini səsləndirib. Türkiyəli müğənni bu mahnıları sevə-sevə ifa etdiyini bildirib.


Diskdə bəstəkar mahnıları ilə yanaşı, Azərbaycan xalq mahnıları da yer alıb.