Türk sənətçi Azərbaycan qadınlarını belə təbrik etdi (FOTO)
Dünən Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış türk opera ifaçısı Oya Ergünün Azərbaycan qadınlarına həsr etdiyi konsert proqramı baş tutub.
ANS PRESS-in məlumatına görə, Bakıda bir çox konsert proqramı ilə çıxış edən Oya xanımı bu musiqili gecəsində Azərbaycanlı orkestr müşayət edib.
Oya Ergün Rəşid Behbudovun repertuarından olan mahnıları azərbaycan dilində səlis ifa edərək tamaşaçılarının könlünü oxşayıb.
Belə ki, ifaçı “Gecələr”, “Ayrılıq”, “Nazəndə sevgilim”, “Reyhan”, “Lalələr” və digər türk, Avropa operalarına yer ayırmışdı. Bundan əlavə Oya Ergün slayd şəkildə R.Behbduovun lent yazısında səsləndirdiyi “Sənə də qalmaz” mahnısını duet şəklində ifa etdi. Duetdən sonra isə O.Ergünün R.Behbudovun sevimli mahnılarından olan “Sevgilim” mahnısına çəkdirdiyi klip nümayiş olundu.
Oya xanıma sənət yoldaşı Ülvi Qılıncda mahnıları ilə konsert proqramına rənagərənglik qatdılar. Konsertin sonunda Oya Ergünlə Ülvi Qılıncın “Səni arzularam” mahnısını duet şəklində səsləndirdilər.
Qeyd edək ki, aparıcı Lətafət Ələkbərovanın apardıqı tədbirdə, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, ifaçı Bəyimxanım Vəliyeva, Rəşad İlyasov şairə, filologiya elmləri namizədi Sona Vəliyeva və digər ictimai xadimlər iştirak edirdilər.
ANS PRESS