Sosial
TQDK: "...Təhsil Nazirliyinə göndərəcəyik"
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərslik komplektinin müzakirəsi olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilib.
Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatıb. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.