Sosial
Tovuzda kəndli inəyini satarkən fırıldaqçılıqla üzləşib
Bakı. 17 mart. REPORT.AZ/ Tovuzda kəndli inəyini satarkən fırıldaqçılıqla üzləşib.
"Report"
Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, cari il fevral ayının 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən bazarda naməlum şəxs Mülkülü kənd sakini Nazim İbrahimovdan bir baş inək alıb və ödəniş kimi ona 14 ədəd eyni nömrəli 50 manatlıq saxta əskinas verib.
Faktla əlaqədar Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.