Sosial
Tora düşüb, elə torda ölən balıq halaldırmı?
Tora düşüb, elə torda ölən balıq halaldırmı? Ümumiyyətlə hansı halda halal olur?
Milli.Az islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbinə görə, əgәr pullu balığı sudan diri tutsalar vә sudan kәnarda can versә pakdır, yeyilmәsi dә halaldır. Әgәr suda ölsә pakdır, yeyilmәsi isә haramdır. Amma әgәr balıqçıların toruna düşüb suda ölsә, yeyilmәsi halaldır. Pulsuz balıqları hәtta sudan diri tutsalar vә sudan çöldә can versә, haramdır
Əhli-sünnə məzhəbinə görə, su içərisində öz-özünə ölmüş, qarnı üst tərəfdə olan balıq yeyilməz. Başqa hallarda balıq ölüsü (səbəb nə olursa olsun) yeyilə bilər.
Milli.Az