Şou
Təsadüfən milyonçu oldu
İngiltərədə bank hesablarındakı səhv sayəsində bir vətəndaş təsadüfən milyonçu olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Natwest” adlı bankın müştərisi olan Kiran Makkiferi hesabını yoxlayanda gözlərinə inanmayıb.
Hesabına 27 yanvar tarixində 1 milyon 245 min funt-sterlinq (təxminən 1 milyon 944 min manat) köçürüldüyünü görən Makkiferi dərhal bankla əlaqə saxlayıb.
“Xərcləməmək üçün özümü güclə saxladım” – deyən gəncə bank mükafat olaraq pulun faizini, yəni 210 funt-sterlinqi (təxminən 327 manat) hədiyyə edib.