Sosial

Tərtərdə tapılan idarə olunmayan qəlpə təsirli raketin döyüş başlığı zərərsizləşdirilib

Metbuat.az

[ 31 Mart 2015 16:21 ]


Bakı. Ağa Cəfərli - APA. Tərtər rayonu Şıxarx kəndi Daşarx adlanan ərazidə Partlamamış Hərbi Sursat (PHS) aşkar olunub.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Tərtər Rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə müraciətinə əsasən, martın 31-də ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, aşkar olunan 1 ədəd “OQ-9” tipli idarə olunmayan qəlpə təsirli raketin döyüş başlığı götürülərək Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib.

Yerli əhalinin təhlükəsizliyi təmin edilib.