Şou
Tatlısəsin keçmiş xanımından şad xəbər
Müğənni İbrahim Tatlısəsin keçmiş xanımı, oğlu İdonun anası Dərya Tuna sənətçinin səhhəti ilə bağlı şad xəbər verib
.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Tuna açıqlamasında “İbrahim çox yaxşıdır. Özü ilə danışdım. Xəstəxanada İdo ilə gəzir” deyib.
Artıq palataya köçürülən İ.Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldız da müğənni və 2 yaşlı qızı Elif Ada ilə Mayamidə əməliyyatdan öncə xəstəxananın həyətində çəkilmiş fotosunu paylaşaraq yazıb:
“Hər şey yolundadır. Dualarınızla daha yaxşı olacaq, inşallah”.