Şou

Tatlısəsin əməliyyat günü bəlli oldu

Metbuat.az

Türkiyəli müğənni İbrahim Tatlısəsin əməliyyat günü bəlli olub.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, müğənninin alış-veriş mərkəzində görüntülənən oğlu İdo Tatlısəs atası ilə bağlı sualları cavablandırıb:

"Atam ora öyrəşib. Martın 9-da əməliyyat olunacaq. Qəlbim və dualarım onunladır.  

Qeyd edək ki, müğənni 2011-ci ildə İstanbulda silahlı hücum nəticəsində başından güllə yarası alıb. Hazırda o, beyninin sol yarımkürəsində qalmış sümük parçasını əməliyyatla çıxartdırmaq üçün Mayamidədir.