Mədəniyyət

Tanınmış skripkaçı Nəzrin Rəşidova Harpenden şəhərində konsert verəcək

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Martın 28-də İngiltərənin Harpende şəhərinin “High Street Methodist Church” məkanında Azərbaycanın tanınmış skripkaçısı Nəzrin Rəşidova konsert proqramı ilə çıxış edəcək.


AZƏRTAC

xəbər verir ki, konsertdə Ralf Voan-Uilyamsın “The Lark Ascending” (“Pərvazlanan torağay”) əsəri, habelə Henri Pörsel, Georq Hendel, Eduard Elqarın əsərləri səslənəcək.