Mədəniyyət

Tanınmış serb yazıçısının “Xəzər dənizin sahillərində” kitabı Azərbaycan dilinə tərcümə olunub

Metbuat.az

Bakı, 29 mart,

AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Tərcümə Mərkəzinin Kitabları” seriyasından növbəti nəşri – Yasmina Mixayloviçin “Xəzər dənizinin sahillərində” kitabı işıq üzü görüb.


Tərcümə Mərkəzindən

AZƏRTAC

bildirilib ki, kitab tanınmış serb yazıçısı və ədəbi tənqidçi Y.Mixayloviçin Bakı təəssüratlarından, Xəzər sahillərində keçirdiyi unudulmaz günlərdən, eyni zamanda həyat yoldaşı, dünya şöhrətli Serbiya yazıçısı Milorad Paviçlə bağlı xatirələrindən bəhs edir.


Kitabın tərcüməçisi Aynur Təbrizlidir.