Şou
Tanınmış sənətçinin ilginc vəsiyyəti
Türkiyənin tanınmış sənətçisi Müşərrəf Akay qatıldığı televiziya proqramlarının birində maraqlı açıqlama verib.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, M.Akay “Türkiyəm” mahnısına çəkilmiş klipində geyindiyi paltarın ölərkən tabutunun üstünə örtülməsini vəsiyyət edib. Sənətçi necə basdırılmaq istədiyindən də danışıb:
“Anamın məzarının üstünə basdırılmaq istəyirəm. Atamın da qəbri oradadır. Onlarla bir yerdə uyumağı istəyirəm. Ölümdən qorxmuram. Vətənimdən, uşaqlarımdan ayrı ölmək istəmərəm”.