Mədəniyyət

Tanınmış şair Əlağa Vahidin 120 illik yubileyi qeyd ediləcək

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.


AZƏRTAC

xəbər verir ki, Sərəncamda 2015-ci ildə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz yeri olan Əlağa Vahidin anadan olmasının 120 illiyinin tamam olması diqqətə çatdırılıb.


Bildirilir ki, Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır.


Sərəncamda milli ədəbiyyatımızın inkişafı və təbliğində mühüm xidmətləri olan Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə alınmaqla, şairin yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.