Şou

Tanınmış cütlüyün boşanma xəbəri yalan çıxdı – foto

Metbuat.az
Boşanma xəbərləri yayılan keçmiş model Demet Şenerlə basketbolçu həyat yoldaşı İbrahim Kutluay bir yerdə görüntüləniblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, media nümayəndələrinin gözü önündə bir-birini qucaqlayıb öpən cütlük ayrılmadıqlarını bildiriblər. Üzüyünü jurnalistlərə göstərən D.Şenər açıqlamasında deyib:



“Belə informasiyaları kim yazır, bilmirəm. Gördüyünüz kimi boşanmamışıq, bir yerdəyik. Biz çox xoşbəxtik. Bu cür dedi-qodulara gülürük”.



Qeyd edək ki, 2005-ci ildə ailə quran Demetlə İbrahimin İrəm və Ömər adlı iki övladı var.