Şou
“Taksi” filminin qəhrəmanı saxlanıldı
“Taksi” filminin qəhrəmanı, 53 yaşlı fransız aktyor Sami Naseri keçmiş həyat yoldaşı Mari Qillardla dalaşdığı üçün tutulub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor bundan əvvəl də qadınlara qarşı güc tətbiq etdiyi üçün dəfələrlə saxlanılıb. O, ötən ilin yanvarında sərxoş vəziyyətdə keçmiş sevgilisini döydüyünə görə tutulmuşdu. Həbsdə olarkən damarlarını kəsən Naseri azadlığa çıxdıqdan sonra başqa bir qadını bıçaqla hədələyib.
Sami Naseri 2011-ci ildə də kəsici alətlə bir nəfəri vurduğuna görə il yarım həbs həyatı yaşayıb.