Sosial

"Sürücülük vəsiqəsi yadımdan çıxıb, olan şeydir" - VİDEO

Metbuat.az
Baş Dövlət Yol Polisi regionlarda yerli əməkdaşlarla birlikdə reydlər keçirib

Bayram günlərində rayonlarda nəqliyyatın hərəkətinin intensivləşməsi bir sıra müvafiq tədbirlərin görülməsini zəruri edir. Bu amili nəzərə alaraq, Baş Dövlət Yol Polisi regionlarda yerli əməkdaşlarla birlikdə reydlər keçirib. Şəki və Zaqatala rayonlarında baş tutan belə reydlər zamanı qayda pozuntusuna yol verən sürücülər cəzalandırılıblar.



Şəkidə keçirilən reyd zamanı bir sıra maraqlı faktlar qeydə alınıb. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi

Kamran Əliyev

in də iştirak etdiyi reyddə qayda pozan sürücülər saxlanılıblar və onlara qarşı protokol tərtib olunub.  Sənədləri qaydasında olmayan sürücülərin avtomobilləri isə cərimə meydançasına aparılıb.



Saxlanılan sürücü: "Sürücülük vəsiqəsini üstümdə götürməmişəm, yadımdan çıxıb, olan şeydir. İnşallah, bir də olmaz".



Bəzi sürücülər tərtib olunan protokollara qarşı etirazlarını bildiriblər.



Gün ərzində ümumilkdə 60 sürücü texniki baxış, sığorta, yükdaşıma və bu kimi qayda pozuntularına görə cərimə olunub.



Oxşar reydlər Zaqatalada da keçirilib. Reyd zamanı 50-dən yuxarı sürücü cərimə olunub. Protokollar əsasən məcburi sığortanın olmaması, təhlükəsizlik kəmərindən istifadə olunmaması, avtomobilin texniki baxışdan keçməməsi kimi faktlar əsasında tərtib edilib.



Polisdən verilən məlumata görə, belə reydlərin mütəmadi keçirilməsi nəzərdə tutulur. 



Region TV

Videonu izləmək üçün şəklə klikləyin.