Sosial

Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı

Metbuat.az

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib.



“Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən

Trend

-ə daxil olan məlumatda bildirilir ki, martın 22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılıb.



Səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.



Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.



Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.



Milli.Az