Sosial
Mənbə
ANS PRESS
Sürücüləri sevindirən xəbər (FOTO)
Bayram günlərində təmirə bağlanmış Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə çıxışı açılıb.
Bu barədə "Azəryolservis" ASC-dən ANS PRESS-ə məlumat verilib.
Məlumatda deyilir ki, Babək prospektindən Heydər Əliyev prospektinə çıxış da artıq açılıb. Hər iki yol bu gün saat 17:00-dan etibarən açılıb, nəqliyyat vasitələri bu yollarda sərbəst hərəkət edə bilərlər.
Qeyd edək ki, təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçirilib.
ANS PRESS