Sosial
Sürücələrə ŞAD XƏBƏR: Heydər Əliyev prospektində yol genişləndirilib
Paytaxtın əsas prospektlərindən biri olan Heydər Əliyev prospektində genişləndirmə işləri aparılıb.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin qarşısından gəlib "Ramstor" yolötürücüsündən dönmə əməliyyatı edərək, yenidən H.Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri çətinliklə üzləşdiyi üçün yolun bu hissəsində genişləndirmə işləri həyata keçirilib.
Eyni zamanda Yusif Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri nəzərə alaraq həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirilib. Bu, həmin ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb.