Sosial

Suraxanı küçələrindən biri təmir edilir

Metbuat.az
Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işlərinə başlanılıb

Bunu

Trend

-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi

Pünhan Mürsəliyev

deyib.



P.Mürsəliyev qeyd edib ki, küçənin ümumi uzunluğu 1800 m, eni isə 9 m təşkil edir:



"Hazırda yol boyu beton bardürlərin sökülərək ərazidən kənarlaşdırılması işləri aparılır. Daha sonra küçə boyu yolun əsasının yararsız vəziyyətə düşən əraziləri tam bərpa olunacaq və bardürlər dəyişdirilərək yeni asfalt-beton örtüyü salınacaq”.



Milli.Az